...

Məhkumla videogörüşlərə icazə verilə bilər

Cəmiyyət Materials 9 Mart 2021 11:41 (UTC +04:00)
Məhkumla videogörüşlərə icazə verilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Məhkumla qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilinə icazənin verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.

Hesabatda bildirilir ki, videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsirini, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti, qadağan edilmiş əşyaların müəssisə daxilinə keçirilməsinin qarşısının alınmasında əhəmiyyətini, habelə xarici ölkələrdə geniş tətbiq edilən videogörüntü vasitəsi ilə əlaqə saxlama təcrübəsini nəzərə alaraq, Cəzaların İcrası Məcəlləsinə qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilini nəzərdə tutan əlavə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti