...

Suriya və İraqda qalan azərbaycanlı uşaqlarla bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Cəmiyyət Materials 2 Aprel 2021 11:51 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Hazırda Suriya və İraqda qalmış Azərbaycanlı uşaqların ölkəyə qaytarılması ilə bağlı tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Ombudsman qeyd edib ki, Suriyada və İraqda olan azərbaycanlı uşaqların ölkəmizə qaytarılması üçün zəruri qurumlara, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti