...

Bu Ramazanda da kütləvi iftar mərasimləri keçirilməyəcək - QMİ nümayəndəsi (VİDEO)

Cəmiyyət Materials 7 Aprel 2021 11:20 (UTC +04:00)
Bu Ramazanda da kütləvi iftar mərasimləri keçirilməyəcək - QMİ nümayəndəsi (VİDEO)

Bərdə. Ceyhun Ələkbərov - Trend:

Ramazan ayı boyunca kütləvi mərasimlərin keçirilməsi məqsədə uyğun deyil.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli qeyd edib ki, iftar mərasimləri kütləvi şəkildə qeyd olunmayacaq:

"İnsanlar ictima-iaşə obyektlərində, restoranlarda tətbiq edilmiş karantin qaydaları çərçivəsində iftar süfrələri təşkil edə bilərlər. Bu zaman insanlar masa arxasında məsafə saxlamaqla, sanitar-epidemioloji qaydalara uyğun olaraq əyləşməlidirlər, kütləvi toplaşmaq məqsədəuyğun deyil. Xərclənən vəsaitləri yardım aksiyalarına yönəldə bilərlər”.

Video: Seymur İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti