...

Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)

Cəmiyyət Materials 13 May 2021 07:29 (UTC +04:00)
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)

Bakı. Trend:

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, ziyarət zamanı polis əməkdaşları şəhid ailələrini bayram münasibəti ilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.

Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti