...

İşsizlərlə bağlı yeni xidmət istifadəyə verildi

Cəmiyyət Materials 31 May 2021 18:05 (UTC +04:00)
İşsizlərlə bağlı yeni xidmət istifadəyə verildi

Bakı. Samir Əli - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümlü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” dəstək xidmətini istifadəyə verib.

Agentlikdən Trend-ə verilən məlumata görə, işsiz və işaxtaran şəxslərə “Alo Karyera” vasitəsilə operativ şəkildə peşəyönümü məsləhət xidmətləri göstəriləcək.

Xidmətdən yararlanmaq üçün vətəndaşlar bu gündən etibarən Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında “Layihələr” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılacaq, görüş üçün vaxt təyin ediləcək və onlayn formada dəstək göstəriləcək.

“Alo Karyera” dəstək xidmətinə karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, CV-lərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti