...

Azərbaycan peyvəndləməyə görə MDB ölkələri arasında lider olub

Cəmiyyət Materials 9 İyun 2021 17:02 (UTC +04:00)
Azərbaycan peyvəndləməyə görə MDB ölkələri arasında lider olub

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan koronavirusa qarşı peyvəndləməyə görə MDB ölkələri arasında lider mövqeyə çıxıb.

Trend-in məlumatına görə, bu barədə "Mir 24" telekanalı bildirir.

Qeyd olunur ki, bu günədək ölkədə əhalinin 18 faizi peyvəndlənib: "Vaksinin birinci dozasını 1,5 milyondan, hər iki dozanı 1 milyona yaxın azərbaycanlı qəbul edib. Ölkədə 4 vaksin - Rusiyanın "Sputnik V", Çinin "CoronaVac", Almaniya və ABŞ-ın "Pfizer", Böyük Britaniya və İsveçin "AstraZeneca" vaksinləri qeydiyyatdan keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti