...

Bakıda növbəti tədris ilində dərslər hansı qaydada keçiriləcək? - BŞTİ-dən açıqlama

Cəmiyyət Materials 24 İyun 2021 10:36 (UTC +04:00)
Bakıda növbəti tədris ilində dərslər hansı qaydada keçiriləcək? - BŞTİ-dən açıqlama

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva növbəti tədris ilində dərslərin onlayn və ya əyani qaydada keçirilməsi məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, indidən bu məsələ barədə dəqiq fikir söyləmək çətindir. Onun sözlərinə görə, tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur:

M.Vəliyeva bildirib ki, bütün hallarda bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq: "Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyadan keçməsi çox vacib şərtdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti