...

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 milyonu keçdi

Cəmiyyət Materials 9 İyul 2021 16:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 612, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti