...

Psixoloji yardımlar öz effektini göstərib, yaxşı nəticələr əldə olunub - Türkiyəli psixoloq

Cəmiyyət Materials 12 İyul 2021 11:03 (UTC +04:00)
Psixoloji yardımlar öz effektini göstərib, yaxşı nəticələr əldə olunub - Türkiyəli psixoloq

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda türkiyəli psixoloq və psixoterapevtlərin iştirakı ilə yanvar ayından bəri gündəlik 80-100 nəfər qazi, terrordan zərər görmüş şəxslər və şəhid ailələri üzvlərinə psixoloji yardım göstərilib.

Trend xəbər verir ki, bunu Türkiyədən dəvət olunan psixoloq və psixoterapevt qrupunun rəhbəri Səlcuq Dəmirbaş deyib.

Onun sözlərinə görə, ilk vaxtlar vəziyyət çox ağır idi: "Şiddətli baş ağrıları, yuxusuzluq, stres və gələcəyə ümidsizlik müşahidə edilirdi. Müalicələr öz effektini göstərib. Yaxşı nəticələr əldə olunub. Hazırda müraciətlərin sayı xeyli azdır. Şəhid ailələrindən müraciətlər gözlədiyimizdən az olub. Dövlət yardım göstərməyimiz üçün hər cür şərait yaradıb".

Qeyd edək ki, Vətən Müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə Türkiyədən psixoloqlar dəvət edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti