...

Bu ilin I yarımilliyində 6660 təbii və texnogen mənşəli hadisə baş verib

Cəmiyyət Materials 27 İyul 2021 10:30 (UTC +04:00)
Bu ilin I yarımilliyində 6660 təbii və texnogen mənşəli hadisə baş verib

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 6660 təbii və texnogen mənşəli hadisə baş verib.

Trend xəbər verir ki, bu barədə FHN-in cari ilin I yarımilliyi ilə bağlı statistikasında qeyd olunub. Bildirilib ki, bu rəqəm 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1613 hadisə və ya 19% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti