...

Xaçınçay su anbarının ətraf əraziləri minalardan belə təmizlənir - Trend TV (FOTO)

Cəmiyyət Materials 28 İyul 2021 16:05 (UTC +04:00)
Xaçınçay su anbarının ətraf əraziləri minalardan belə təmizlənir - Trend TV (FOTO)

Ağdam. Aslan Məmmədli - Trend:

Yanvar ayıdan etibarən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina təmizləmə qrupu işğaldan azad olunmuş ərazilərimizdə əməliyyatlara başlayıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bunu Trend TV-yə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina təmizləmə qrupunun heyət nəfəri gizir Cavid Xanəhmədov deyib. Onun sözlərinə görə, verilən tapşırığa əsasən, Xaçınçay su anbarının ətraf əraziləri minalardan təmizlənir:

"Ərazidə rast gəlinən partlamamış hərbi sursatlar və minalar götürülür. Buna misal olaraq, atılan partlamamış top mərmiləri, qumbaraatan mərmiləri və s. göötərmək olar. Buradan həmvətənlərimizə səslənirik ki, işğaldan azad olunmuş torpaqlarımıza polis nəzarət postlarınadan yayınıb keçməsinlər. Çünki bu, onların həyatları üçün təhlükəlidir. Hazırda bu yerlərdə quruculuq işləri gedir. Fövqəladə Hallar Nazirliyinin qüvvə vasitələri də işin icrasındadır. Bu işlər qısa zamanda yekunlaşdırıldıqdan sonra həmvətənlərimiz təhlükəsiz şəraitdə öz dədə-baba yurdlarına geri qayıda bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti