...

Bu il Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlib - SİYAHI

Cəmiyyət Materials 28 İyul 2021 21:36 (UTC +04:00)
Bu il Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlib - SİYAHI

Bakı. Çingiz Səfərli - Trend:

Bu ilin yanvar-iyun ayları ərazində Azərbaycana 131 min 809 əcnəbi gəlib.

Trend-in Dövlət Miqrasiya Xidmətinin hesabatına istinadən məlumatına görə, ölkəmizə ən çox əcnəbi əsasən Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan və Ukraynadan daxil olub.

Belə ki, bu ilin I yarımili üzrə Rusiyadan 55 min 437 nəfər, Türkiyədən 34 min 588. İrandan 11 min 116, Gürcüstandan 6070, Ukraynadan 4671, digər ölkələrdən isə 19 min 927 nəfər gəlib.

2021-ci ilin ilk 6 ayında qanunsuz miqrasiyaya qarşı isə 3419 tədbir görülüb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti