...

Ucarda pandemiya qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

Cəmiyyət Materials 30 İyul 2021 09:12 (UTC +04:00)
Ucarda pandemiya qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

Bakı. Trend:

Ucarda pandemiya qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti