...

COVİD pasportu olmayan 53 nəfər toya buraxılmayıb

Cəmiyyət Materials 26 Avqust 2021 09:53 (UTC +04:00)
COVİD pasportu olmayan 53 nəfər toya buraxılmayıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 12 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 7 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 53 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti