...

Sosial tərəfdaşdan aztəminatlı ailələrə növbəti dəstək (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2021 10:55 (UTC +04:00)
Sosial tərəfdaşdan aztəminatlı ailələrə növbəti dəstək (FOTO)

Bakı. Trend:

Həssas əhali qruplarının dəstəklə əhatə olunması işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlığını davam etdirən “Paşa Holdinq” bu dəfə aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin etməyə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda 13300-dən çox aztəminatlı ailənin uşaqlarının məktəbli ləvazimatları ilə təmin etməyi nəzərdə tutur. “Paşa Holdinq” tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən ailələrə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti