...

Dünyada koronavirusa yoluxanların sayı 218 milyonu ötüb

Cəmiyyət Materials 1 Sentyabr 2021 07:43 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 218 milyonu ötüb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 219 mindən çox artıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində 219 901 nəfər yeni koronavirusa yoluxub, 3 874 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 218 540 994, ölənlərin isə 4 533 609 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 40 114 099 nəfər. Siyahıda daha sonra Hindistan (32 810 892), Braziliya (20 777 867), Rusiya (6 918 965), Britaniya (6 789 581), Fransa (6 765 708), Argentina (5 171 458), İran (4 895 448), Kolumbiya (4 903 304), İspaniya (4 831 809) və İtaliya (4 524 292) gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti