...

Orta peşə təhsilli tibb işçilərinə böyük tələbat var - Vəfa Əliyeva

Cəmiyyət Materials 4 Sentyabr 2021 15:03 (UTC +04:00)
Orta peşə təhsilli tibb işçilərinə böyük tələbat var - Vəfa Əliyeva

Bakı. Çingiz Səfərli - Trend:

Respublikada 11 tibb kollecinin fəaliyyət göstərməsinə baxmayaraq, orta peşə təhsilli tibb işçilərinə böyük tələbat var.

Trend xəbər verir ki, bunu 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktor müavini Vəfa Əliyeva deyib.

O, bildirib ki, təkcə Bakıda deyil, regionlarda da bu sahədə tələbat yüksəkdir: "Metro stansiyalarının giriş-çıxışlarında, şəhərin müxtəlif yerlərində özəl kursların elanları ilə qarşılaşırıq. Bu elanlarda qeyd olunur ki, 3 aydan 1 ilə qədər müddətdə, hətta bəzilərində 1 ay müddətində tibb sahəsində mütəxəssis hazırlayıb, sertifikat verir və işlə təmin edirlər. Mən vətəndaşlara müraciət edirəm ki, belə elanlara, belə vədlərə aldanmasınlar. Heç bir özəl kursu bitirən şəxsi nə klinikalar, nə də dövlət xəstəxanaları işə qəbul etmir. Kollec bitirən tələbələr isə asudə vaxtlarında müxtəlif klinikalarda kiçik tibb işçisi kimi çalışır və kolleci bitirəndən sonra da həmin klinikalarda işlə təmin olunurlar".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti