...

Bakı metrosunda intervalda gecikmə olub

Cəmiyyət Materials 6 Sentyabr 2021 19:14 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, gecikməyə səbəb qatarlardan birinin vaqonunda qan izlərinin aşkarlanması olub: "Metronun "Həzi Aslanov"stansiyasında qatarlardan birinin vaqonunda maşinist qan ləkələri görüb. Dərhal sanitar-gigiyenik normalara uyğun olaraq maşınist aidiyyəti üzrə məlumat verib və qatar saxlanılıb. Vaqona xadimə çağrılıb və qan ləkələri silinib təmizləndikdən sonra qatarın reysə buraxılmasına icazə verilib".

B.Məmmədov bildirib ki, bu səbəbdən qatarların hərəkətində intervaldan artıq iki dəqiqə gecikmə yaranıb: "Artıq interval bərpa olunub və gecikmə yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti