...

Müəllimlərin sertifikasiyası aparılacaq - Nazir

Cəmiyyət Materials 7 Sentyabr 2021 15:21 (UTC +04:00)
Müəllimlərin sertifikasiyası aparılacaq - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Yaxın gələcəkdə müəllimlərin sertifikasiyanı planlaşdırırq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, müəllimlərin sertifikasiyası əvvəldən planlaşdırılırdı, sadəcə pandemiya ləngiməyə səbəb oldu. O qeyd edib ki, sertifikasiyanın məqsədi müəllimləri işdən çıxarmaq yox, təhsilin keyfiyyətini artırmaqdır: “Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı da müəyyən fikirlər səsləndirilirdi, lakin sonradan bunun müsbət nəticələrinin olduğunu hər kəs gördü”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti