...

Orta təhsil bazasından kolleclərə qəbul olunanların nəzərinə!

Cəmiyyət Materials 10 Sentyabr 2021 11:45 (UTC +04:00)
Orta təhsil bazasından kolleclərə qəbul olunanların nəzərinə!

Bakı. Fərid Zöhrabov - Trend:

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Qəbul olunmuş şəxslər 2021-ci il sentyabrın 10-dən 23-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.

Boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti