...

Müəllimlərin vakansiyasının gizlədilməsi faktı var - Nazir

Cəmiyyət Materials 12 Sentyabr 2021 22:54 (UTC +04:00)
Müəllimlərin vakansiyasının gizlədilməsi faktı var - Nazir

Bakı. Trend:

Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa var".

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı dəyişiklik ola bilər:

"Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti