...

Valideynlər məktəb binasına buraxılmayacaq - Nazirlik

Cəmiyyət Materials 16 Sentyabr 2021 13:07 (UTC +04:00)
Valideynlər məktəb binasına buraxılmayacaq - Nazirlik

Bakı. Çingiz Səfərli - Trend:

Valideynlər məktəb binasına buraxılmayacaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.

O bildirib ki, siniflərə giriş zamanı şagirdlərin sosial məsafə və gigiyena qaydalarına əməl olunması, qoruyucu vasitələrdən istifadə edilməsi təmin ediləcək:

"37.1 dərəcədən yüksək hərarəti olanlar məktəbə buraxılmayacaq. Şagird sıxlığı çox olan məktəblərdə sosial məsafənin gözlənilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılır".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Twiter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti