...

Göyçayda 90 minə yaxın şəxs vaksin olunub

Cəmiyyət Materials 24 Sentyabr 2021 09:45 (UTC +04:00)
Göyçayda 90 minə yaxın şəxs vaksin olunub

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda koronavirus infeksiyasına qarşı 127 min 756 vaksin vurulub.

Göyçay rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, bu günə qədər rayon üzrə 51 min 208 nəfər birinci dozanı qəbul edib. 38 min 274 nəfər isə hər iki doza peyvənd olunub. Hazırda peyvəndləmə prosesi davam etdirilir.

Xəstəxanadan qeyd ediblər ki, bu günə qədər peyvənd olunanlar sırasında əks-təsir faktı aşkar edilməyib: "Həmçinin, peyvənd olunanlar arasında xəstəliyi ağır keçirənlərə və ölüm hallarına rast gəlinməyib".

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 8 169 473, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 668 637, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 500 836 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti