...

Azərbaycanda ölümə əsasən hansı xəstəlik səbəb olur? - Həkim açıqladı

Cəmiyyət Materials 29 Sentyabr 2021 15:54 (UTC +04:00)
Azərbaycanda ölümə əsasən hansı xəstəlik səbəb olur? - Həkim açıqladı

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda digər ölkələrdəki kimi, ölümlərin əsas səbəbi olaraq ürək-damar xəstəlikləri birinci sıradadır.

Trend xəbər verir ki, bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin "Instagram" hesabında "Ümumdünya Ürək Günü" mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliklərdən ölümlərin 50 faizdən çoxunu ürək-damar xəstəlikləri təşkil edir: "Poqnozlara görə, 2050-ci ilə kimi bu, aparıcı ölüm səbəbi olmağa davam edəcək. 2050-ci ildən sonra isə onkoloji xəstəliklərin önə çıxacağı ehtimal edilir. Bu, həmin xəstəliklərin artacağı mənasına gəlmir. Sadəcə, bu sahədə inkişaf sayəsində ürək-damar xəstəliklərindən ölümlərin azaldılacağı üçün onkoloji xəstəliklərdən ölüm ön plana çıxacaq".

Qeyd edək ki, rəsmi statistikaya görə, 2020-ci ildə Azərbaycanda ölənlərin sayı 75647 nəfər olub

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti