Bakı. Trend:
Gəncə şəhərində müharibə və dağıntılar keçmişdə qalmalıdır.
Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq öz "Twitter" səhifəsində yazıb.
"Gəncəyə səfərim zamanı şəhərin dağıdılmış ərazilərini də ziyarət etdim. Böyük şair Nizaminin ruhunda Gəncədəki müharibənin və dağıntıların birdəfəlik keçmişdə qalması üçün barışığa səslədim." səfir bildirib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ikinci ən böyük şəhəri - döyüş bölgəsindən kənarda olan Gəncə dəfələrlə Ermənistan Silahlı Qüvvələrinin top atəşinə məruz qalıb. Atışma nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslər həlak olub.