...

Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var” müsabiqəsinin qalibi olublar (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2021 10:18 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var” müsabiqəsinin qalibi olublar (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibi olublar. BANM-in tələbələri üç nominasiya üzrə əsas yerləri qazanıblar. Tələbələr “İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə təhsil” nominasiyaları üzrə I yer, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə.Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə III yerə layiq görülüblər. Mükafatı qaliblərə gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələrinin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılıb.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialı nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Bakı Ali Neft Məktəbinin “İdeya var” layihəsinin qalibləri:

İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri

İmaməliyev Zaur

I yer

Bakı Ali Neft Məktəbi

Climasel

Hüseynli Mələk

I yer

Bakı Ali Neft Məktəbi

Abzərova Kafyə

I yer

Bakı Ali Neft Məktəbi

Hüseynli Güllü

I yer

Bakı Ali Neft Məktəbi

Sosial sahə təhsil

Əlipaşalı Riyad

I yer

Bakı Ali Neft Məktəbi

Beyinlə İdarə olunan protez

Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə.Tibb və səhiyyə sahəsində innovasiyalar

Babayev Natiq

III yer

Bakı Ali Neft Məktəbi

Biofactant

Həşimova Afaq

III yer

Bakı Ali Neft Məktəbi

Biofactant

Məqalədə:
Xəbər lenti

Xəbər lenti