...

Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb

Cəmiyyət Materials 24 Oktyabr 2021 10:08 (UTC +04:00)
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, ötən ili sentyabr ayı ilə müqayisədə də torpağın qitymətində 4,72 faiz azalma baş verib. Onun sözlərinə görə, ötən ay ərzində bir sot torpağın ora qiyməti 20 800 manat təşkil edib.

Ekspert bildirib ki, torpaq bazarında qiymətin ucuzlaşması mövsümə uyğun olaraq torpaq sahəlkərinə marağın azalması ilə bağlıdır. Sentyabr ayında bazarda satışa çıxarılan torpaq sahələrinin sayı da artıb.

Belə ki, bu ilin avqust ayında Bakıda 312 torpaq sahəsi satışa çıxarılmışdısa, sentyabr ayında bu say 506 təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti