...

Məhkəmə və hüquq-mühafizə sahələrinə xərclər 13 faizə yaxın artırılacaq

Cəmiyyət Materials 27 Oktyabr 2021 11:58 (UTC +04:00)
Məhkəmə və hüquq-mühafizə sahələrinə xərclər 13 faizə yaxın artırılacaq

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

2022-ci ildə Azərbaycan dövlət büdcəsinin məhkəmə və hüquq-mühafizə sahələrinə xərclərinin 2,36 milyard manatdan çox olacağı gözlənilir.

Trend-in məlumatına görə, bu barədə "2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanun layihəsində deyilir.

Gələn il bu sahəyə büdcə xərclərinin 2021-ci illə müqayisədə 12,9 faiz artırılması nəzərdə tutulur. 2021-ci ildə ədliyyə və hüquq-mühafizə sahələri üçün dövlət büdcəsindən 2,09 milyard manat ayrılıb.

2022-ci il üçün büdcə layihəsində məhkəmə sahəsində 110,39 milyon manat, hüquq-mühafizə orqanlarınaı 1,77 milyard manat, prokurorluğa 102,7 milyon manat, məhkəmə qərarlarının icrasına 10 milyon manat, hüquqi yardıma 4,39 milyon manat, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları ilə bağlı digər fəaliyyətə 367,3 milyon manatın ayrılması nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti