...

Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib

Cəmiyyət Materials 28 Oktyabr 2021 17:39 (UTC +04:00)
Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Tibb Universitetində daha 5 qrup distant təhsilə keçib.

Bu barədə Trend-ə universitetin mətbuat katibi Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, qrupların hər birində 1 tələbə koronavirusa yoluxduğu üçün həmin qruplarda dərslər distant təhsil formasına keçirilib: "Sözügedən qruplar Müalicə-profilaktika fakültəsindədir. Bundan əvvəl də 5 qrup distant təhsilə keçmişdi. Ümumilikdə, universitetin 10 tələbəsi koronavirusa yoluxub".

Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi təhsil sentyabrın 29-dan bərpa edilib. Yaşı 18-dən yuxarı olan tələbələrdən COVİD pasportu tələb edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti