...

Trend TV Xaçmaz rayonu haqqında videoçarx hazırlayıb (VİDEO)

Cəmiyyət Materials 3 Noyabr 2021 16:56 (UTC +04:00)
Trend TV Xaçmaz rayonu haqqında videoçarx hazırlayıb (VİDEO)

Bakı. Humay Ağacanova - Trend:

Trend TV Xaçmaz rayonu haqqında videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycanın şimal qapısı sayılan Xaçmazın füsunkar təbiəti, dəniz mənzərəsi və müasir infrastrukturu maraqlı kadrlarla canlandırılır.

Bu görüntülər rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlaşdırma işlərini, biznes, sahibkarlıq, kənd təsərrüfatı və turizm imkanlarını, eləcə də əhalinin yerli koloritli məişətini əks etdirir. Rayonun əlverişli coğrafi mövqeyinin yerli iqtisadiyyata investisiya yatırımları üçün cəlbediciliyi xüsusi vurğulanlır.

Xaçmaz respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biri olmaqla ölkə iqtisadiyyatına əlavə dəyər gətirir. Müsbət haldır ki, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının emalı yerli müəssisələr tərəfindən də həyata keçirilir, bu isə ölkəmizin ixracat potensialının möhkəmləndirilməsinə xüsusi töhfə verir.

Eyni zamanda, Xaçmazın mədəni-ictimai həyatına xüsusi rəng qatan geniş muzey şəbəkəsi, müasir standartlara cavab verən idman kompleksləri də videogörüntülərdə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti