...

Zəfər Günü ilə bağlı Amnistiya Aktının indiyə qədər şamil olunduğu məhkumların sayı açıqlanıb

Cəmiyyət Materials 11 Noyabr 2021 11:38 (UTC +04:00)
Zəfər Günü ilə bağlı Amnistiya Aktının indiyə qədər şamil olunduğu məhkumların sayı açıqlanıb

Bakı. Samir Əli - Trend:

Zəfər Günü ilə bağlı Amnistiya Aktının imzalandığı gündən 1 gün sonra, yəni 6 noyabr tarixində Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti