Bakı. Trend:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni 1 072 yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 561 925 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 523 660 nəfər müalicə olunaraq sağalıb, 7 471 nəfər vəfat edib, aktiv xəstə sayı 30 794 nəfərdir.
Ölkədə son sutka ərzində 6 803, hazırkı dövrədək isə 5 367 119 test aparılıb.