...

Pay torpağı olanlar ünvanlı sosial yardım almaq üçün nə etməlidir? - AÇIQLAMA

Cəmiyyət Materials 16 Noyabr 2021 14:31 (UTC +04:00)
Pay torpağı olanlar ünvanlı sosial yardım almaq üçün nə etməlidir? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Pay torpağı olan bəzi vətəndaşlar ünvanlı sosial yardım almaq üçün müraciət etdiklərində bəzən problemlə qarşılaşırlar. Onlar bu haqda məlumatsız olsalar da, lakin elektron məlumatlar emal olunduqda bu, üzə çıxır.

Belə olan halda vətəndaş ünvanlı sosial yardım üçün hansı formada müraciət etməlidir?

Trend xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat" verilişində məsələyə aydınlıq gətirib.

O bildirib ki, vətəndaş ilk növbədə "Torpaq islahatı haqqında" Qanuna əsasən pay torpağının sənədini (indiki halda çıxarış) əldə etdikdən sonra müvafiq icra hakimiyyəti orqanında, yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata salmalıdır.

"Müraciətdən sonra vətəndaşa VÖEN açılır və 3 gün ərzində həmin VÖEN üzrə sığortaedənlərin uçot nömrəsi verilir. Bu nömrə Dövlət Sosial Müdafiə Fondu tərəfindən avtomatik qaydada açılır. Bundan sonra vətəndaş ünvanlı sosial yardım almaq üçün sadəcə nömrənisini Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) qeyd etməklə həmin torpaq mülkiyyətini bəyan edir. Beləliklə, onun torpaq pay mülkiyyətindən gəlirləri Nazirlər Kabinetinin qiymətləndirmə normalarına uyğun olaraaq hesablanır" - deyə Nicat ismayılov əlavə edib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti