Nazirlik şərtləri açıqladı - Bəs Təhsil tələbə kreditləri nə qədər əlçatandır?

Nazirlik şərtləri açıqladı - Bəs Təhsil tələbə kreditləri nə qədər əlçatandır?

Bakı. Çingiz Səfərli - Trend:

Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

Bəs təklif olunan təhsil tələbə kreditləri nə qədər əlçatandır?

Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda dünyanın 61 ölkəsində tələbə təhsil kreditləri verilir. Amma ən çətin şərtlər və prosedur qaydaları Azərbaycandadır. Demək olar heç bir güzəşt yoxdur və onu almaq əlçatan deyil.

"Kreditin verilməsi şərtlərində bir-neçə ciddi nöqsanı qeyd edim. Əvvəla tələb olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsi ilə müraciət etmək lazımdır. Bunun üçün isə “asan login”a malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin natarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir. Həmçini şərtə görə www.e-ttkf.edu.az portalında müraciət etmək üçün natarial qaydada təsdiq edilən arayış alınmalıdır. Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir-neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə bizim tələbələr qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur?", - deyə ekspert qeyd edib.

Ekspert vurğulayıb ki, kreditlərin verilməsi üçün qoyulan minimal bal tələbi də əksər tələbələri bu imkandan məhrum edir.

"Fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul ola biliblər. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli, yəni ödənişsiz ixtisas var və II qrup üzrə tələbələr 250 balla ödənişsiz ixtisaslara qəbul ola bilərlər. Bu o deməkdir ki, kredit almaq üçün əksər tələbələr müraciət edə bilməyəcəklər, çünki 300-dən yuxarı balları olsaydı elə dövlət sifarişi olan ixtisalara qəbul olardılar, yəni 300-dən aşağı balaı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar.

Kamran Əsədov təklif edilən kredit faizlərinin də hədsiz dərəcədə yüksək olduğunu bildirib.

"Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit göstürülməsi üçün müraciətləri azaldacaq.

Kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər, qiyabi təhsil alan tələbələr müraciət edə bilməzlər. Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa işsiz tələbələrə kredit vermək olmazdı?

Həmçinin tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. Tələbənin kəsrinin olması normal bir şeydir. Təbii ki bu tələbələr yüksək elmi potensiala malik olsaydılar ödənişli əsaslarla təhsil almazdılar".

Ekspert dünya təcrübəsində bu kreditlərin verilməsinə dair misallar da çəkib.

"Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün kreditlərin qaytarılmasında çətinlik yaranmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə kredit faizləri yalnız texniki xərcləri örtəcək həcmdə yəni 1-2 faizdir," - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə mövcud şərtlərlə verilən tələbə kreditləri ölkə konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik".

Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb
Loading Bars
Xəbər lenti
Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb
İsveçdə COVID-lə bağlı yeni qaydalar qüvvəyə minir
UEFA Çempionlar Liqası: “PSJ” qələbə qazanıb, “Mançester Siti” məğlub olub
Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur - TƏHLİL
Almaniyada poliqonda hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb
Putin və Bayden arasında danışıqların mövzuları açıqlanıb
Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Lerikdə zəlzələ olub
Mingəçevir Dövlət Universitetinin tələbələri “Azərbaycan İES”-də təlim-təcrübə proqramını uğurla başa vurublar
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib - XİN
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb
Prezident İlham Əliyevdən Ermənistana və onun havadarlarına növbəti sərt ismarıc - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkirdə keçirilib (FOTO)
Beynəlxalq Ədalət Məhkəməsi etnik zəmində zorakı çağırışlarla bağlı Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verdi
Erməni mətbuatında Azərbaycan ərazisindəki qanunsuz erməni silahlısının öldürülməsi barədə yayılan məlumat əsassızdır - MN
Şamaxıda elmi-praktik konfrans keçirilib (FOTO)
Ermənistan münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir - XİN
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi
Bakıda mənzildə qadın meyiti tapılıb
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub (FOTO)
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid
Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu (VİDEO)
Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müavini (VİDEO)
Azərbaycan beynəlxalq sənədləri imzalayarkən Ermənistanla bağlı qeyd-şərtini açıqlayıb
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib
Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıb
Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib
e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb
Dekabrın 8-nə USD/AZN rəsmi məzənnəsi
Hindistanın Bakıdakı Səfirliyi tərəfindən vebinar təşkil olunub (FOTO)
Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib (VİDEO)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı (FOTO)
Moskvada atışma olub, ölən və yaralananlar var
AQTA daha 4 müəssisədə pozuntular aşkarlayıb
Gələn ildən bu şəxslər də ünvanlı sosial yardım ala biləcək
Pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir (FOTO/VİDEO)
FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər
Kürdəmirdə polis reyd keçirib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər - Ekspert
“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar Rəhimzadə
Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi ilə görüş olub (FOTO)
Azərbaycanda vəzifəli şəxslər bu halda 2000 manat cərimə olunacaq
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur
Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edildi
Bu şəxslər peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və təqaüd alacaqlar
Bu həftənin sonuna kimi Avropada hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq - ÜST
Prokuror Vüqar Səfərliyə cəza istədi
İsşizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir
Qəbələdə evini tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycan və Türkiyə hakim partiyaları arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)
Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb (FOTO)
“Məşğulluq marafonu”na təqdim edilən vakansiyaların sayı açıqlanıb
Səbaildə məhəllədaxili su xətləri yenilənir, nasos stansiyaları ləğv edilir (FOTO)
Mərkəzi Nəbatat Bağına icraçı direktor təyin edilib
Zabrat yolunda səhər saatları nəqliyyatın hərəkəti niyə məhdudlaşdırılır? - AÇIQLAMA
Suraxanıda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Xidmətinin sabiq idarə rəisinin işi məhkəməyə göndərildi
Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər - Departament rəisi
Qəbələdə restoranın icarədarı və toy sahibi cərimələndi (FOTO)
İranda daha 3,5 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
Koronavirusun növlərində müalicə eyni aparılmalıdırmı?
Bu il Azərbaycanda qeyri-neft ixracı rekord həddə çatacaq - Mikayıl Cabbarov
Ermənistanın Vətən müharibəsindən sonra imzalanan sənədləri yerinə yetirməsi vacibdir - Numan Kurtulmuş
Zaqatalada şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edilib
Kartlara baxsanız görərsiniz ki, o, mənimlə nələr danışıb - Ata Abdullayev məhkəmədə
"AccessBank"da iş var
Baş dərisi üçün maye qaz pilinqi saç tökülməsi problemini həll etməyə kömək edəcək
Bakı limanının Ro-Ro terminalı ildə 6 milyon tondan çox yük aşırmaq gücünə malikdir
BƏƏ-də həftənin iş günləri yeni qaydada təşkil ediləcək
Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov
Bələdçilərin sertifikatlaşdırılması ilə bağlı akkreditasiya attestatının təqdimat mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Xalq Bankdan növbəti premium kart - Visa Infinite
Aviabiletlərin qiyməti ilə bağlı təkliflər verilib, müzakirələr gedir (ÖZƏL)
Heydər Əliyev Mərkəzində “Avişai Koen trio”nun caz konserti keçirilib (FOTO/VİDEO)
Fuad Nağıyev quru sərhədlərinin açılmasından danışdı
2021-ci ilin yekunlarına əsasən Bakı limanında beş milyon tonadək yük aşırılması proqnozlaşdırılır (FOTO)
Səfərbərlik Xidmətinin vəzifəli şəxsinə hökm oxunub
NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir (FOTO)
Azərbaycan dilindəki Vikipediya məqalələrinin sayının artırılması, keyfiyyətinin yüksəldilməsi üçün hansı işlər görülür?
Füzulidə “İnnovasiya Festivalı” keçirilib (FOTO)
Narkotiki torpağa basdıran şəxs yaxalandı
Turizm bələdçilərinə sertifikatlar 3 il müddətinə veriləcək
Əlillərə illik sosial ödəniş xərcləri artıb
İndoneziyada vulkan püskürməsi nəticəsində 34 nəfər ölüb
Sürücülər görünməyən nişanlar, silinmiş xətlərə görə cərimələnməlidirmi?
Ermənistan Azərbaycana qarşı cinayətlərinə görə cavab verəcək - Bu gün Haaqada dinləmələr keçiriləcək
Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib
Şəhid ailələri və qazilərlə bağlı vergi güzəştləri bu kateqoriyadan olan insanlara diqqətin davamlı xarakter daşıdığını təsdiqləyir - Deputat
Bu il sürücülük hüququ olmadan avtomobil idarə edən 1300 nəfər saxlanılıb
Bütün xəbərlər