...

Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2021 13:08 (UTC +04:00)
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Pekində dünya üzrə Konfutsi İnstitutlarını idarə edən Beynəlxalq Çin Dili Təhsili Fondunun təşkilatçılığı ilə təntənəli surətdə «2021-ci ilin görkəmli Konfutsi İnstitutu» və «Konfutsi İnstitutlarının İstedadları» adlı onlayn mükafatlandırma mərasimi keçirilib. Dünyanın 170 ölkəsindən Konfutsi institutları və sinif otaqları müsabiqəyə tələbələrin Çin mədəniyyəti və dilinə olan həvəsini və biliklərini nümayiş etdirən 500-ə yaxın qısa videoçarx təqdim ediblər. Ekspert qiymətləndirməsindən və bir çox ölkədən 400 minə yaxın insanın iştirak etdiyi onlayn səsvermənin nəticələrindən sonra Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun təqdim etdiyi “İkiüzlü Yang Xun” videoçarxının qaliblərin yekun siyahısında yer aldığı müəyyən edilib. ADU Konfutsi İnstitutunun Çin dili kurslarının tələbəsi İsmayılzadə Narınc rəqs nümayişinə görə “Görkəmli Mədəniyyət Mükəmməlliyinə görə” xüsusi mükafata, ADU Konfutsi İnstitutu isə “Görkəmli Konfutsi İnstitutu 2021” mükafatına layiq görülüb.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, İnstitutun əsas məqsədi Azərbaycanda Çin dilini və mədəniyyətini təbliğ etmək, ölkələrimiz arasında təhsil və mədəniyyət mübadiləsini genişləndirməkdir. Rafiq Abbasov həmçinin, ADU-nun Konfutsi İnstitutunun əməkdaşları və müəllimləri, Çin tərəfdən direktor xanım Li Jihua Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində Çinin ənənəvi bayramları qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti