...

Amerikalı mütəxəssislər qanda xolesterini aşağı salan iki məhsulun adını açıqlayıblar

Cəmiyyət Materials 13 Dekabr 2021 08:24 (UTC +04:00)
Amerikalı mütəxəssislər qanda xolesterini aşağı salan iki məhsulun adını açıqlayıblar

Bakı. Trend:

Amerika Kardiologiya Assosiasiyasının mütəxəssisləri bildiriblər ki, insanın sağlam olması üçün xolesterinə ehtiyacı var, lakin bu maddənin normadan artıq olmağı orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər.

Trend xəbər verir ki, ekspertlər balığın və sarımsağın qanda xolesterini aşağı salmağa köməklik etdiyini bildiriblər.

Qeyd olunur ki, balıq "yaxşı" xolesterini yüksəldən və "pis" xolesterini azaldan, ürək üçün çox faydalı olan omega-3 yağlı turşuları ilə zəngindir.

Sarımsaqda isə C və B6 vitamini, həmçinin marqans və selen kimi elementlər var. Bundan əlavə, kardioloqlar qanda xolesterinin normallaşması üçün gündəlik rasionu dəyişməyi, daha aktiv həyat tərzi sürməyə başlamağı və siqaretdən imtina etməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti