Bakı. Samir Əli - Trend:
“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətətəndaşlığına qəbul edilib.
Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.