...

Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)

Cəmiyyət 20 Yanvar 2022 09:46 (UTC +04:00)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 20 yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Xaçmaz rayonunun Uzunoba kəndində 20 Yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş abidə-kompleksinin açılışı olub.

Kompleksdə Uzunoba kəndindən olan şəhidlərin, eləcə də 20 yanvar şəhidi Zahid Abdullayevin xatirə lövhəsi yer alıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən xaçmazlı döyüşçülərin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarından danışıb.

Mərasimdə çıxış edən şəhid anaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, abidə kompleksinin tikintisində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər. Tədbirdə Uzunoba kənd tam orta məktəbinin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.

20 yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Xaçmaz Rayon İcra Hakimkiyyətində video formatda konfransda keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, 32 il əvvəl törədilən bu vəhşilik Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Xalqımız şəhidlərini heç zaman unutmayacaq, onların xatirəsi hər birimiz üçün əzizdir.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti