...

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Cəmiyyət Materials 11 Fevral 2022 15:13 (UTC +04:00)
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Bakı. Trend:

14 fevral saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti