...

Prezident İlham Əliyev bizlərə əvəzsiz sevinc, əbədi qürur bəxş edib – Zəngilan sakinləri doğma kəndlərində (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Fevral 2022 12:38 (UTC +04:00)
Prezident İlham Əliyev bizlərə əvəzsiz sevinc, əbədi qürur bəxş edib – Zəngilan sakinləri doğma kəndlərində (FOTO/VİDEO)

Bakı. Trend:

Zəngilan rayon Dəlləkli kənd sakinləri – Çingiz Alməmmədov və Təranə Həsənova doğulduqları kənddəki evlərini ziyarət ediblər.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu prosesi lentə alıb. Keçmiş məcburi köçkünlər gördükləri mənzərədən, erməni vəhşiliklərindən dəhşətə gəliblər. Erməni vandallarının işğal dövründə yerlə yeksan etdiyi evlərinə baş çəkən T.Həsənova və onun qardaşı Ç.Alməmmədov bildirib ki, onlar bu kənddə doğulub və 10 ildən bir qədər çox bu evdə yaşayıblar.

Daha sonra isə erməni işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşüblər. Valideynləri yurd həsrəti ilə dünyadan köçüb. T.Həsənova və Ç.Alməmmədov torpaqlarımızın işğaldan azad edilməsinə və doğma kəndlərinə gəlmək imkanı yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər:

“Biz 30 ilə yaxın torpaq həsrəti çəkdik. Bu gün çox xoşbəxtik. Çünki, artıq ərazi bütövlüüyümüz bərpa edilib. Evlərimizə qayıdırıq. Bunun üçün dövlətimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuza, hərbçilərimizə minnətdarıq. Prezident İlham Əliyev bizlərə əvəzsiz sevinc yaşatdı, ömrümüzün sonuna kimi fəxr və qürurla yaşayacağıq”. Keçmiş məcburi köçkünlər əlavə ediblər ki, Zəfərlə başa çatan Vətən Müharibəsindən sonra başıuca gəzirlər, Qələbə sevinci onların uzun illik niskilini unutdurur.

Trend TV-nin Zəngilan rayon Dəlləkli kəndindən hazırladığı videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti