...

2 nəfər magistratura imtahanından xaric olunub, 4 nəfərin nəticəsi araşdırılır

Cəmiyyət Materials 22 Fevral 2022 12:17 (UTC +04:00)
2 nəfər magistratura imtahanından xaric olunub, 4 nəfərin nəticəsi araşdırılır

Bakı. Trend:

Fevralın 20-dən keçirilən magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17087 bakalavrdan 294 nəfəri imtahana gəlməyib.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti