Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir və nəzarət altındadır.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, bir çox məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, vəziyyət stabildir.
“Xəstəxanalarda bir o qədər yüklənmə yoxdur. Kimin ehtiyacı olursa, rahat şəkildə müalicə alır. Dərman ehtiyatı kifayət qədərdir, lazımı avadanlıqlar alınıb”, - deyə Z.Əliyev bildirib.