...

Sabah yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 3 Mart 2022 15:17 (UTC +04:00)
Sabah yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakı. Humay Ağacanova - Trend:

Bakıda və Abşeron yarımadasında martın 4-də gün ərzində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 05-də yenidən güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 3-dən 4-ə keçən gecə şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimşək çaxacağı, yağıntılı olacağı,martın 4-də bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, 5-də yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti