...

Son 3 gündə respublika ərazisində 56 mindən artıq ağac əkilib

Cəmiyyət Materials 11 Mart 2022 17:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.

Trend xəbər verir ki, bu gün Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.

Qeyd edək ki, son 3 gün ərzində Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş, Tovuz, Samux, Şəmkir, Siyəzən, Quba, Masallı və Lənkəran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 33 hektar meşə fondu ərazisində 56 000-dən artıq meşəcinsli ağac əkilib, 500 kiloqram toxum səpilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti