...

Xaçmaz rayonunda “Zəfər ətirli Novruzum” adlı bayram tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2022 17:50 (UTC +04:00)
Xaçmaz rayonunda “Zəfər ətirli Novruzum” adlı bayram tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmazlılar Novruz bayramını – baharın gəlişini böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayıblar. Səhər saatlarından etibarən zurnaçılar küçələri gəzərək sakinləri el şənliyinə dəvət edib.

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin qarşısında bayram tonqalı alovlandırılıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş ediblər. Bahar qızı, milli geyimli oğlanlar və qızlar tonqal ətrafında rəqs ediblər.

Bayram təntənəsi Heydər Əliyev adına mədəniyyət mərkəzində davam edib. Mərkəzin foyesi, iclas zalı milli bayram ruhunda bəzədilib. Bayram xonçalarından, milli geyimlərdən, kənd təsərrüfatı, sənaye məhsullarından, əl işlərindən və səmənidən ibarət sərgilər şənlik iştirakçılarına xüsusi zövq verib. Folklor qruplarının foyedə çıxışları olub.

Bayram tədbirində çıxış edənlər Novruzun gəlişi münasibətilə Xaçmaz sakinlərini təbrik edib, xalqımıza xoş günlər, firavan həyat arzulayıblar. Şux bayram rəqsləri, folklor qruplarının, Kosa və Keçəlin çıxışları, rəngarəng mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti