...

İmmuniteti güclü saxlamaq üçün necə qidalanmaq lazımdır?

Cəmiyyət Materials 16 Mart 2022 15:39 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnsanlar koronavirusa yoluxmamaq üçün immunitetlərini gücləndirməyə çalışır. Lakin bir çox hallarda qıdalanmaya düzgün əməl edilmir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti, terapevt Zakir Quliyev deyib.

O qeyd edib ki, yaxşı qidalanmaq üçün hər qidadan balanslı qidalanmaq lazımdır. “Elə insanlar var ki, immunitetin güclənməsi üçün hansısa bir qidadan daha çox istifadə edir. Lakin bu, doğru deyil. İstifadə edilən hər bir qidadan, ədviyyatdan öz normasında qıdalanmaq lazımdır.

Yaxşı qidalanmaq çox yemək anlamına gəlmir. Hər bir insanın öz bədəninin öz kalori ehtiyacı var və ona görə qidalanmaq lazımdır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti