...

Ombudsman Vətən müharibəsində şəhid olmuş Emin Ağazadənin ailəsini ziyarət edib

Cəmiyyət Materials 20 Mart 2022 11:33 (UTC +04:00)
Ombudsman Vətən müharibəsində şəhid olmuş Emin Ağazadənin ailəsini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qəbul və ziyarətlər keçirərək, şəhid ailələrinin qayğılarını öyrənməkdə davam edir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, növbəti görüş şəhid Emin Ağazadənin ailəsi ilə keçirilib. Novruz bayramı ərəfəsində ailəni ziyarət edən Ombudsman Allahdan şəhidə rəhmət diləyib. Görüşdə Ombudsman ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Vətən müharibəsində könüllü kimi iştirak edərək Laçın rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olmuş Emin Ağazadə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti