Bakı. Trend:
Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti (AzOMFS) I-ci və II-ci Qarabağ Müharibələrində əldə olunan zəngin təcrübəsi olan fəal üzvləri simasında, humanizm və həmkarlıq prinsiplərinə əsaslanaraq, toplanan üzvlük və şəxsi iyanələr hesabına, bizim ukraynalı həmkarlarımıza - üz-çənə cərrahlarına dəstək olaraq cərrahi dəst və metalosteosintez cərrahi əməliyyatları üçün 5000 manatdan artıq olan yardım paketi hazırlamışdır (alətlər, rekonstrukriv və mini titan lövhələr və s.).
AzOMFS ukraynalı həmkarlarını əmin edib ki, gələcəkdə də öz humanitar aksiyalarını əsirgəmiyəcək.