...

Metroda qatarda nasazlıq oldu, sərnişinlər düşürüldü

Cəmiyyət Materials 13 Aprel 2022 09:55 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropolitenində qatarda problem yaranıb.

Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə səhər saatlarında "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib.

"Qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən "Neftçilər" stansiyasında, normativ qaydalara görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Əlavə qatar verilib", -B.Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti