...

bp yerli universitetə nəşriyyat evi hədiyyə edib

Cəmiyyət Materials 26 Aprel 2022 13:01 (UTC +04:00)
bp yerli universitetə nəşriyyat evi hədiyyə edib

Bakı. Trend:

Bu gün bp Azərbaycanın neft-qaz sahəsində ən qədim təhsil ocağı və postsovet məkanında ən nüfuzlu energetika universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə tam təchiz olunmuş müasir nəşriyyat evi hədiyyə edib. Bununla bağlı universitetdə nəşriyyat evinin açılışı tədbiri keçirilib.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz Azərbaycanla 30 illik tərəfdaşlığımızın ilk günündən Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq edirik. Bu müasir nəşriyyat evinin istifadəyə verilməsindən çox məmnunuq və inanırıq ki, bu, professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətlərinə təkan verəcək. Biz həmçinin ümid edirik ki, nəşriyyat evi 10000-dən çox tələbə və 800 nəfərlik professor-müəllim heyətinə fayda gətirməklə universitetin çap və nəşr ehtiyaclarını tam təmin edəcək.”

Layihə yerli universitetlərdə təhsil və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, tədris infrastrukturunun təkmilləşdirilməsi, aparıcı beynəlxalq universitetlərlə tərəfdaşlıq əlaqələrinin qurulması və qabaqcıl beynəlxalq təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi səylərinə bp-nin dəstəyinin bir hissəsidir.

Layihənin ümumi dəyəri təxminən 370 000 AZN təşkil edir və buraya nəşriyyat və çap avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, eləcə də obyektin işə salınması üzrə xərclər daxildir.

Redaktorlar üçün qeydlər

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün:

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Məqalədə:
Xəbər lenti

Xəbər lenti